EN

Ursula fon der Leyen Avropa Parlamentinə seçkilərdə qalib gəlir

Avropa Parlamentinə seçkilərdə seçici fəallığı, ilkin məlumatlara görə, 51% təşkil edib. Aİ ölkələrinin əksəriyyətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu Avropa Xalq Partiyası qalib gəlir.

İlkin sorğunun nəticələri:

  • Avropa Xalq Partiyası (xristian demokratlar) – 186 yer (+10);
  • Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı (sosial demokratlar) – 133 (-6);
  • “Yeniləşən Avropa” (liberal partiyalar) – 81 (-20);
  • Avropalı mühafizəkarlar və islahatçılar (avroskeptiklər) – 70 (+1);
  • İdentifikasiya və Demokratiya fraksiyasından olan partiyalar (millətçilər və avroskeptiklər) – 60 (+11);
  • Yaşıllar-Avropa Azad Alyansı (yaşıllar və milli azlıqlar) – 53 (-18);
  • istiqlalçı deputatlar – 50 (-12);
  • solçular – 36 (-1);
  • digərləri (hələ fraksiyalara qoşulmayıb) – 50.

Xanım fon der Leyen ifrat sağçı qüvvələrin uğurları fonunda onun partiyasının “sağ və solun ifratlarına qarşı qala quracağını” söyləyib. “Avropa Xalq Partiyası olmadan heç bir çoxluq yarana bilməz. Biz onları dayandıracağıq. Bu dəqiqdir”, – Leyen qeyd edib.

Chosen
164
50
banker.az

10Sources