ABŞ-nin Kaliforniya ştatının polisi Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovadan olan miqrantların deportasiyasına başlayıb.
APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Qeyd olunub ki, 100-dən çox digər ölkədən olan qanunsuz miqrant saxlanıldıqdan sonra növbəti məhkəmə prosesinədək sərbəst buraxılacaq.
Bir qədər əvvəl Ağ Evin Mətbuat Xidməti Prezident Co Baydenin sərhədi qeyri-qanuni keçən şəxslərə sığınacaq verilməsini qadağan edən qanunu imzaladığını açıqlayıb.