2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 985 manat təşkil edib.
Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib.
Qurumdan o da bildirilib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 2023-2024-cü tədris ilində 67 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.
Müsavat.com