EN

Azərbaycanda xəstəxanada pasiyentə qan tapılmayıb? TƏBİB dəqiqləşdirdi - video

Sosial şəbəkələrdə Zərdabın Qoruqbağı kənd sakininə Rayon Mərkəzi Xəstəxanasında (RMX) qan tapılmaması ilə bağlı video paylaşılıb.

Kadrlarda xəstəyə təcili qan lazım olduğu, amma tapılmadığı vurğulanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, vətəndaş Bəxtiyar Allahverdiyev iyunun 6-da  Zərdab Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə dəqiqləşdirilməmiş anemiya diaqnozu ilə qəbul edilib.

Pasiyentdə ümumi zəiflik, təngnəfəslik, iştahanın olmaması, nəcisin rənginin tünd olması kimi şikayətlər olub.

“Xəstə rezus mənfi bir qan qrupuna mənsubdur. Bunun üçün Qan Bankına müraciət olunub. Qan bankından qan alındıqdan sonra Zərdab RMX-yə hematoloq dəvət olunacaq və qan köçürüləcək”, deyə TƏBİB-in məlumatında qeyd olunur.

 

Chosen
178
8
buta.media

10Sources