EN

Avro-2024-ə ən çox futbolçunu bu komandalar göndərib

style='margin-bottom:10px;'>

Almaniyada keçiriləcək Avro-2024-də "Mançester Siti" və "İnter"in futbolçuları üstünlük təşkil edəcək.

QOL.az xəbər verir ki, hər iki klubu turnirdə 13 futbolçunu təmsil edəcək.

Belə ki, İngiltərə komandasından Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Matheus Nunes (hamısı Portuqaliya), Kevin De Brüyne, Ceremi Doku (hər ikisi Belçika) Yoşko Quardiol, Mateo Kovaçiç (hər ikisi Xorvatiya), Rodri (İspaniya), Manuel Akanji (İsveçrə) və Natan Ake (Niderland) Avro-2024-ə yollanıb.

Eyni zamanda, "İnter"i Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattesi, Matteo Darmian (hamısı İtaliya), Benjamin Pavard, Markus Thuram (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfries, Stefan de Vrij (hər ikisi Niderland), Kristian Aslani (Albaniya), Yan Sommer (İsveçrə) və Marko Arnautovic (Avstriya) turnirdə iştirak edəcək..

Chosen
210
3
teleqraf.com

7Sources