EN

BMT-nın hesabatında uşaqlara zərər verənlər siyahısına İsrail də əlavə edilib

Bakı. TurkicWorld :

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına İsrail ordusu və təhlükəsizlik qüvvələrini də əlavə edib.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Guterresin 2023-cü ilin məlumatlarını ehtiva edən və hələ ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı”nda məlumat verilib.

Münaqişələrdə uşaqlara qarşı zorakılığın 2023-cü ildə dəhşətli həddə çatdığı bildirilən hesabatda “Münaqişələrdə uşaqlara qarşı ciddi pozuntular 2023-cü ildə 21 faiz artıb” deyə qeyd edilir. Həmçinin hesabatda uşaqların ölümünə və yaralanmasına səbəb olan hadisələrin əvvəlki ilə nisbətən 35 faiz artdığı, 2023-cü ildə uşaqlara qarşı 32 min 990 ciddi pozuntu qeydə alındığı deyilir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə 5 min 301 uşaq öldürülüb, 6 min 348 uşaq yaralanıb, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edilib, 5 min 205 uşağın humanitar yardıma çatmasının qarşısı alınıb. 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunub, 4 min 356 uşaq isə qaçırılıb.

Qəzzada baş verən son hadisələrə fonunda, hesabatda İsrail və işğal olunmuş Fələstin torpaqlarında uşaqlara qarşı ciddi pozuntuların 1,5 dəfə artdığı və bu çərçivədə 8 min 9 ciddi pozuntu faktının qeydə alındığı qeyd edilib. 4 min 360 uşağa qarşı törədilən bu pozuntuların 113-ü İsrail, 4 min 247-si isə fələstinli uşaqları əhatə edir.

Məlumata görə, Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 4 min 247 fələstinli uşağa qarşı 7 min 837 qanun pozuntusu olub və pozuntular İsrail ordusu və israilli məskunlaşmaçılar tərəfindən törədilib.

Hesabatda 5 min 698 pozuntunun İsrail ordusu və təhlükəsizlik qüvvələri tərəfindən törədildiyi vurğulanıb. Həmçinin İsrailin 906 fələstinli uşağı həbs etdiyi bildirilib. Əlavə olaraq, İsrail ordusu Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə uşaqların humanitar yardıma çatmasına da mane olub.

Hesabatda “İsrail ordusu və təhlükəsizlik qüvvələrinin Qəzzada, işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə öldürdüyü və yaraladığı uşaq sayı qarşısında dəhşətə gəlirəm. İsrail ordusunun Qəzzada keçirdiyi hərbi əməliyyat nəticəsində yaranan ölüm və dağıntılar indiyə qədərdir heç vaxt görülməmiş səviyyədir” – deyə BMT-nin baş katibi Antonio Quterreş öz fikirlərini əlavə edib.

Hesabatda qarşıdurmalar zamanı uşaqlara qarşı pozuntuların ən sıx olduğu yer İsrail və işğal altında olan Fələstin torpaqları olmaqla birlikdə Konqo Demokratik Respublikasında isə 3 min 764, Myanma və Somalidə 2 min 799, Nigeriyada 1995, Sudanda isə 1721 ciddi pozuntu olduğu bildirilir.

Chosen
106
3
turkic.world

4Sources