EN

Azərbaycanın tədiyyə balansında I rübdə 116 milyon dollar profisit yaranıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 116 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 dəfə azdır.

Rüblük profisit ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 729,8 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 48,8 % az), kapital hesabındakı 0,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), maliyyə hesabındakı 1 milyard 594,5 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 18,6 milyon dollarlıq kəsir (66 dəfə az) hesabına formalaşıb.

Chosen
98
4
report.az

3Sources