Rusiya Prezidenti Vladimir Putin hərbçilərə, Rusiya Qvardiyasına, polisə, ədliyyə və gömrük işçilərinə ümumilikdə 87 general rütbəsi verib.
Daha səkkiz admiral rütbəsi Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edənlərə təqdim olunub.
“Cebhe.info” xəbər verir ki, fərman hüquqi informasiya portalında yerləşdirilib.
O cümlədən, general-polkovnik rütbəsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vasili Truşinə və Baş Silahlanma İdarəsinin rəisi Anatoli Qulyayevə, general-leytenant rütbələri Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəisi Aleksandr Osadçuk və dövlət müdafiə təchizatı üzrə idarənin rəisi Vyaçeslav Rıjenkova verilib.
Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi vəzifəsini icra edən Aleksandr Karpova vitse-admiral rütbəsi verilib. Baltik dəniz bazasının komandiri Aleksey Jovtonojko isə Kontr-admiral olub.
Bundan əlavə, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSMTC) iki direktor müavini də irəli çəkilib: Mixail Babiç general-leytenant, Ramil Sayfutdinov general-mayor olub.
Prezident ayrıca fərmanla Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına daxil edib. Hazırda Təhlükəsizlik Şurası 30 nəfərdən ibarətdir, onlardan 12-si daimi üzvdür. Şuraya dövlət başçısı rəhbərlik edir.