Vladimir Putin bir fərmanla hərbçilərə, Rusiya Qvardiyasına, polisə, ədliyyə və gömrük işçilərinə ümumilikdə 87 general rütbəsi verib. Daha səkkiz admiral rütbəsi isə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edən zabitlərə verilib.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumat Rusiya hüquq-informasiya portalında yerləşdirilib.
O cümlədən, general-polkovnik rütbəsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vasili Truşinə və Baş Silahlanma İdarəsinin rəisi Anatoli Qulyayevə verilib. General-leytenant rütbələri Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəisi Aleksandr Osadçuk və dövlət müdafiə təchizatı üzrə idarənin rəisi Vyaçeslav Rıjenkova verilib.
Putin ayrıca fərmanla Müdafiə Nazirliyinin yeni rəhbəri Andrey Belousovu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına daxil edib. Hazırda Təhlükəsizlik Şurası 30 nəfərdən ibarətdir, onlardan 12-si daimi üzvdür.
“AzPolitika.info”