Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.
Bu barədə “Reuters” xəbər verir.
“Yeni Kaledoniyada seçicilərlə bağlı konstitusiya layihəsi dayandırılıb”, - o bildirib.
2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb.