Prezident İlham Əliyevi Azərbaycanın keçmiş prezidentləri ilə müqayisə edib üstündür demək belə tam olaraq ədalətli deyil, keçmişdə ölkədə və dünyadakı vəziyyət indiki kimi çətin deyildi, İlham Əliyev onlardan misli ölçülməyən sayda dəfələrlə üstündür, tək üstün deyil. İlham Əliyev dünyada ən güclü 3 prezidentdən biri və birincisidir, O, müqayisə edilməz gücə malikdir, hər bir azərbaycanlı onunla fəxr etməli, qürur duymalıdır, bucür güclü rəhbər təsadüfən azərbaycanlı olaraq doğulmaz, burada İlahi tapşırıq görünür, Allahın Azərbaycan xalqına mükafatı hiss edilir. Həftənin 7/24 zamanını öz xalqına həsr edən İlahi bir varlıq, hətta dünya xalqlarına da fayda verən bir insan, insandan üstün bir şəxsiyyət. Allah Onu qorusun, yalnız onunladır hər uğurun təkrarı və davamı. Hər çıxışını, yeni nailiyyətini görəndə adam heyrətə gəlir, iradəsi, çalışqanlığı qarşısında insan vurğun qalır. Bu qədər dünyaya səs salan uğurlar, nailiyyətlər hələ o demək deyil dövlət ondan tam faydalanıb, Onun edə biləcəkləri 60 yaşından sonra başlayır, O, bundan sonra hələ dünyanı uğurları ilə daha bərk silkələyəcək, Azərbaycan xalqının, millətinin başı bundan da çox uca olacaq, bütün hadisələr bu istiqamətdə irəliləyir. Allah prezidentimizi qorusun, canı sağlam olsun.
Mircalal Mehdiyev
12 iyun 2024-cu il