EN

Polşa Ukraynaya "Patriot"lar verməyəcək: "Özümüzə lazımdır..."

Polşa özünün "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək niyyətində deyil.

Oxu24.com xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa təsdiqləyib.

Onun sözlərinə görə, bu sistemlər Polşanın öz qoşunlarının infrastrukturunu və qruplarını qorumaq üçün lazımdır, ona görə də onların Ukraynaya verilməsi Polşanın özünün təhlükəsizliyini azaldar.

Almaniyanın müdafiə naziri Boris Pistorius da ölkəsinin artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri vermək imkanının olmadığını bildirib. O, xatırladıb ki, Almaniya artıq üç belə sistemi Kiyev hakimiyyətinə təhvil verib, indi növbə digər tərəfdaşlarındır.

Bir gün əvvəl KİV-də ABŞ-ın Kiyevə daha bir “Patriot” verməsi ilə bağlı məlumatlar yayılsa da, bu, Ağ Ev və Pentaqon tərəfindən rəsmən təsdiqlənməyib. Növbəti yardım paketi məsələsinə bu gün- iyunun 13-də Brüsseldə Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında baxılacaq.

Yeganə

Mənbə: Bloomberg.com
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
181
50
oxu24.com

10Sources