EN

Hikmət Hacıyev Enrike Mora ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə görüşüb.

Bu haqda Hikmət Hacıyev öz şəxsi “X” hesabında məlumat yayıb.

“Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun 5-ci raundunu keçirdik. Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması məsələsini və qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı.” – deyə H. Hacıyev bildirib.

Chosen
126
18
azpost.info

10Sources