Bir sıra icra strukturkarının fəaliyyəti cəmiyyətdə narazılıqlar yaradır.
Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Razi Nurullayev bildirib.
O bildirib ki, açılan iş yerləri barədə çoxsaylı məlumatlar paylaşılır.
“Ancaq bağlanan iş yerləri barədə məlumat yoxdur. Bağlanan iş yerləri açılan iş yerlərini az qala üstələyir”.
Deputat ünvanlı dövlət sosial yardımı barədə də fikirlərini bildirib. O qeyd edib ki, ünvanlı dövlət sosial yardımı barədə sənədin 7.1 maddəsi ehtiyacı olan insanların bu yardımdan yararlanmasını əngəlləyir. Bununla da bağlı aiddiyyəti qurumlardan cavab ala bilmirəm.
Biz özümüz görürük ki, ehtiyacı olan adamlar köməksiz qalıb. Ola bilsin ki, onların hansısa sənədləri düz deyil, ancaq biz məsələyə belə yanaşmamalıyıq. Həmin ərazilərin bələdiyyə sədrləri, icra qurumları da təsdiqləyir ki, o insanlar həqiqətən imkansızdır”, – o əlavə edib.
Sahibə Qafarova isə vurğulayıb ki, nazirliyin işçiləri də iclasda olduğundan cavab verilməyən məktublar təqdim edilsin və həmin məktublara baxılsın.