“Bir şeyə heyifsilənirəm. Kaş xaricdə yaşayardım və bütün maqazin verilişləri bütün günü məni göstərərdi. Sevgilimlə hara gedirəm, haradan gəlirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Elgizlə izlə” verilişində deyib.
“Çox rahat ölkədə yaşamaq istərdim. Məni tanısınlar, amma hər şey rahat olsun. Biri ilə bir yola çıxmısansa, mütləq evlənəcəksən deyə bir şey yoxdur. Söz-söhbət və s. İndi mənim də yaxtada şəkillərimi çəkərdilər. Arada ağlıma gələn dəli fikirlərdən biri budur”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün R. Ayxan doğum gününü qeyd edir. Estrada ulduzunun 42 yaşı tamam olur.