"Azərbaycanın KTMT-yə daxil olmağa ehtiyacı yoxdur. Ermənistanın Rusiya ilə çox yaxın olduğu dövrdə belə bir məsələ var idi. Azərbaycanın orada müşahidəçi kimi iştirakı ilə bağlı. Amma bunu rədd edirdik. Çünki orada işğalçı Ermənistan var idi. İndi Ermənistan faktoru aradan çıxıb. Azərbaycanın həmin ittifaqa heç bir marağı yoxdur. Azərbaycan balanslaşdırılmış siyasət yeridir. NATO ilə bağlı da məsafə saxlayır. Eyni zamanda KTMT ilə bağlı məsafə saxlayır. Hərbi sahədə əməkdaşlıq, silah-sursat alınması mümkündür. Amma Azərbaycanın hər hansısa hərbi ittifaqa qoşulmağa ehtiyacı yoxdur".
Akif Nağı son olaraq bildirib ki, Qərbin Paşinyana ciddi dəstək verəcəyi inandırıcı deyil:"Qərbin məqsədi odur ki, Rusiyaya qarşı Ermənistanı bir alət kimi istifadə etsin. Rusiyanın nüfuzunu aşağı salmaq üçün".Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı növbəti addımlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq olacağını bildirmişdi.
Seyranə Quliyeva / Metbuat.az