Bakı. Trend:
“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.
Klubdan Trend-ə verilən məlumata görə, "tələbələr" növbətimövsümün hazırlıqlarına iyunun 20-də Masazırda yerləşən “BankRespublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdəhazırlıq keçəcək "bayquşlar" iyulun 1-də təlim-məşq toplanışınikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Saviqəsəbəsində məskunlaşacaq komanda burada 4 yoxlama oyunu keçirəcək.İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”,13-də Ukraynanın “Krivbass”, 17-də isə eyni ölkənin “Rux” (Lvov)komandası ilə qarşılaşacaq.
Kollektiv iyulun 18-də Bakıya qayıdacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək“Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Oyunlariyulun 25-də və avqustun 1-də baş tutacaq.