İqlim böhranı həm də səhiyyə böhranı deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda COP-dan qabaq keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, iqlim dəyişikliyi insan sağlamlığına təsir edir: “Ümumi səylər olmasa, bu problem daha da böyüyəcək”
ÜST rəhbəri vurğulayıb ki, təşkilat Azərbaycanla yaxından əməkdaşlıq edir.