"Sertifikasiya prosesiniuğurla tamamlayan müəllimlərin yeni tədris ilindən etibarən əməkhaqları əlavələrlə ödəniləcək".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu günə qədər 40 mindən çox müəllim sertifikasiyada iştirak edib:
"2022-ci ildən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib. İlk illərdə İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak etdilər. Bu proses yalnız təhsilverənlərin peşə yararlılığının ölçülməsi deyil, eyni zamanda onların əmək haqqına artırılmarın edilməsinə xidmət edir. Nəticədə 35 minə yaxın müəllimin əmək haqqı artımla hesablanıb. Bu gündən etibarən prosesə digər fənn müəllimləri də qoşulur. Belə ki, riyaziyyat və xarici dil müəllimləri bu gündən, iyunun 24-nə qədər imtahanlarda iştirak edəcək. Prosesi uğurla tamamlayan müəllimlərin əməkhaqları yeni tədris ilindən etibarən əlavələrlə ödəniləcək".