Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Livan və İsrail sərhədini ayıran “Mavi Xətt”də baş verən təhlükəli hadisələrlə bağlı “Livanın ikinci Qəzzaya çevrilməsi” riski ilə bağlı dünyanı xəbərdar edib.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Təhlükəsizlik Şurasını tərk etdikdən sonra mətbuata açıqlama verib.
BMT-nin baş katibi: “Gəlin açıq deyək; region və dünya xalqları Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə bilməz” – deyib.
“Bu gün mən İsrail və Hizbullah arasında Mavi Xətt üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etmək məcburiyyətində qaldım”. Quterreş, tərəflərin “sanki hərtərəfli müharibə yaxınlaşır” kimi döyüşkən ritorika yaratdıqlarını qeyd etdi.Nuranə Məmmədova