EN

Türkiyə ilə oyunda Portuqaliya favoritdir - Yığmamızın baş məşqçisi

Bakı. Trend:

Türkiyə və Portuqaliya yığmaları ilk oyunda qələbəqazandıqlarından bu görüş çox maraqlı olacaq.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayevdeyib.

O, bu gün AVRO-2024-də baş tutacaq 3 oyunu şərh edib.Abdullayevin sözlərinə görə, F qrupunda keçiriləcək Türkiyə -Portuqaliya qarşılaşması hər iki komanda üçün əhəmiyyətlidir: “Hər2 yığmanın 3 xalı var. Qrupda top fərqinə görə, Türkiyə birinci,Portuqaliya ikinci yerdə qərarlaşıb. Bugünkü matçın nəticəsi hərşeyi həll edə bilər. Əlbəttə, Portuqaliyanı üstün sayıram. Güclüfutbolçulardan ibarət ulduz komandadır. Türkiyə ilk turdaGürcüstanla matçda qələbə qazansa da, müdafiəsində böyük problemlərvar. Gürcülər ən azı 4-5 qol epizodunu boşa verdilər. Yəni duelinfavoriti Portuqaliyadır və oyunda dominantlığı tamamilə ələ alacaq.Türkiyə bu matçda uduzsa belə şansı qalacaq. Son turda Çexiyayaqalib gələ bilərlər”.

Onun sözlərinə görə, eyni qrupda oynanılacaq Gürcüstan - Çexiyamatçında ikincilərin qələbə qazanacaqlarına inanır: “Gürcülərin ilkqarşılaşmada yaxşı şansları olsa da, qolları vura bilmədilər. Həriki komandanın bu gün son şansıdır. Çünki hansısa qələbə qazanabilməsə, axırıncı tur çətin olacaq. Fikrimcə, nə olursa-olsunqrupdan çıxmaq istəyirlərsə, bu gün riskə getməlidirlər. Olduqcamaraqlı matç olacaq. Çexiyanın müdafisəi çox güclüdür, gürcülər qolvurmaq üçün əziyyət çəkəcəklər. Məncə, çexlər bu oyundauduzmayacaqlar, ən pis halda heç-heçə edəcəklər”.

O, E qrupunda baş tutacaq Belçika - Rumıniya matçını dadəyərləndirib: “Rumınlar birinci oyunda Ukraynanı darmadağınediblər. Lakin buna baxmayaraq, Belçika rəqibindən çox üstündür.Fikrimcə, onlar Slovakiyaya uduzandan sonra bu rəqibi yaxşı analizediblər. Bu səbəbdən də rumınlara rahatlıqla qalib gələcəklərinidüşünürəm”.

Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan startgötürəcək.

Məqalədə:
Chosen
85
1
az.trend.az

2Sources