Dağıstanda silahlı şəxslər yol polisini atəşə tutub.
Modern.az xəbər verir ki, hadisə Mahaçqalada baş verib.
Bundan başqa naməlum şəxslər Dərbənddə pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər. Hücum zamanın pravoslav keşiş və bir polis öldürülüb, bir nəfər isə yaralanıb. Mahaçqalada bir polis əməkdaşı həlak olub, daha altı polis əməkdaşı yaralanıb.
Dağıstan Daxili İşlər Nazirliyi Mahaçqalada yol polisi postuna basqın edən iki şəxsin öldürüldüyünü bildirib
Rusiya İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirib və cinayət işi açıb