«Turan Tovuz»la anlaşan Kurban Berdiyev «Dinamo» ilə vidalaşıb.
O, Azərbaycana səfər öncəsi Mahaçqala klubunun düşərgəsinə baş çəkib, futbolçularla görüşüb.
«Turan»la 2+1 illik müqavilə bağlamış mütəxəssis bir-bir oyunçuların əlini çıxıb, yeni mövsümdə onlara uğurlar arzulayıb.
Berdiyev bu ilin yanvarında Dağıstan təmsilçisinin sükanı arxasından ayrılıb. Həmin tarixdən bəri «Dinamo»da prezidentin müşaviri vəzifəsini yerinə yetirib.
SPORTİNFO.AZ