EN

Avropalı diplomatdan Cəbrayılla bağlı PAYLAŞIM

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Cəbrayılda baş verən mina partlayışı barədə paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:

“İyunun 21-də Cəbrayıl rayonunda ANAMA əməkdaşının mina partlaması nəticəsində faciəli şəkildə həlak olması barədə xəbəri dərin hüznlə öyrəndik. Həmin şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk. Aİ azərbaycanlıların təhlükəsiz həyatı naminə mina təhlükəsinin aradan qaldırılması səylərində Azərbaycanı və ANAMA-nı dəstəkləyir”.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həlak olmuşdu.

Chosen
117
2
konkret.az

3Sources