Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, Serqokalda atışma davam edir, Mahaçqala küçələrində zirehli transportyor görünüb.
Atışmalar nəticəsində ağır yaralanan Dagestanskie Oqni rayonunun polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyev ölüb. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təhlükəsizlik qüvvələri Mahaçqaladan çıxışları bağlayıblar. Bildirilir ki, bu addım silahlıların qaçmaması üçün atılıb.
Musavat.com