Xalq artisti Emin Ağalarov Dağıstanda silahlı hücum nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün çox dəhşətli gündür... Elə indi çoxlu qohumların, dostların olduğu sevimli Dağıstanımızda dəhşətli faciə baş verir. Bu gün baş verən hadisələrdən zərər çəkənlərə dəstəyimi bildirirəm və baş sağlığı verirəm. Bu, sadəcə olaraq, dəhşətlidir".
Xatlrladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Silahlı hücumdan sonra üç günlük matəm elan edilib. Bütün əyləncə tədbirləri ləğv edilib, bayraqlar endirilib. Hücumlar nəticəsində 15 polis və bir neçə mülki şəxs həlak olub.
BiG.Az