EN

“Mesaj gəldi ki, həyat yoldaşın başqa qadınla görüşür”

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovla bağlı aldığı mesajdan danışıb.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi “Günaydın, Azərbaycan” proqramında danışıb. O bildirib ki, mesajda həyat yoldaşının ona xəyanət etdiyi yazılıb:

“Bu yaxın günlərdə mənə instaqramda mənə bir mesaj gəldi. Yazıblar ki, güya mənim həyat yoldaşım kimləsə kənarda görüşür. Həmin an həyat yoldaşıma zəng edib dedim ki, Elçin, mənə belə bir məlumat çatdırdılar. O da cavabında söylədi ki, Xuraman, sən nə danışırsan? Dedim ki, Elçin, sənə inanıram. Sadəcə, bu yazılanların qarşısını almaq lazımdır ki, sənin ünvanına belə sözlər deyilməsin.

Xanımlar onsuz da həyat yoldaşlarının nə etdiklərini hiss edirlər. Elçinə çox güvənirəm, inanıram. Elçinlə artıq 14 ildir ki, ailəliyəm. Bizim dörd gözəl övladımız var. Allah olmayanlara nəsib etsin. İşimdə-gücümdəyəm. Elçin mənə, mən də ona yardım edir. Bir-birimizlə anlaşırıq, bir həyat yoluna çıxmışıq. Allah bizə nəsib etsin bu yolu sonuna qədər gedək”.

Chosen
170
12
dergi.az

10Sources