EN

Həbib Nurmaqomedovdan Dağıstandakı terrora MÜNASİBƏT

UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov Dağıstanda silahlı hücum nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Bununla bağlı tanınmış idmançı sosial şəbəkə hesabında paylaşım edib:

"Bütün zərərçəkmişlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə hallardan qorusun və başımız üstündə sülh dolu səma bəxş etsin. Özünüzü, yaxınlarınızı qoruyun və hər kəs uşaqlarının ətrafına, kiminlə ünsiyyətdə olduqlarına və əhatələrində kimlərin olduğuna diqqət etsin" -

O əlavə edib ki, ruhun tərbiyəsi bədənin tərbiyəsindən daha vacibdir.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Silahlı hücumdan sonra üç günlük matəm elan edilib. Bütün əyləncə tədbirləri ləğv edilib, bayraqlar endirilib. Hücumlar nəticəsində 15 polis və bir neçə mülki şəxs həlak olub./BAKU.WS


BiG.Az
Chosen
110
2
big.az

3Sources