Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Publika.az xəbər verir ki, tədbir 16 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 15:00-da başlanacaq. Bu barədə PFL məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.