Lənkəranda kişi faciəli şəkildə ölüb
Lənkəranda 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Əliqulu oğlu Rəhimovun meyiti "Dəhnə" deyilən ərazidəki körpünün altından tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.
İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.