Dünyada artan gərginlik gələcəkdə Kollektiv Təhlükəsizik Təşkilatının (KTMT) tərkibinin və funksional imkanlarının genişləndirilməsi üçün şərt ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib
Onun fikrincə, “sürətlə dağılan beynəlxalq təhlükəsizlik sistemi”ndə gərginliyin artması KTMT kimi təşkilatlara diqqətin artırılmasına səbəb olacaq.
“Təhlükəsizliyə olan ictimai-siyasi tələb həm təşkilatın funksional imkanlarının genişlənməsinə, həm də ola bilsin ki, onun iştirakçılarının sayının artmasına səbəb ola bilər”,- o deyib.
Ayşən