Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda arvadını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Zamanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 2023-cü ildə Tovuz rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bəhruz Zamanov həyat yoldaşı Samirə Zamanova ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişi qadını qonşu kişiyə qısqanıb, ona xəsayət etməsindən şübhələnməsi olub. Nəticədə o, Samirəyə bıçaq zərbəsi endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Bəhruz Zamanovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov