EN

Neft bahalaşıb

“Azeri Light”ın bir bareli 88 dollardan baha satılır
Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 86,06 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar artaraq 81,69 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,10 faiz artaraq 88,58 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
145
45
ayna.az

10Sources