EN

"Neftçi"nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Chosen
95
37
sport24.az

10Sources