Türkiyənin tanınmış müğənni Murat Boz növbəti dəfə ölkəmizə gəlib.
Dərgi.az xəbər verir ki, sənətçi öz hit musiqiləri ilə Port Music Fest-də sevənlərinin qarşısına çıxıb. Ard-arda sevilən mahnılarını oxuyan Murat Boz Azərbaycanı çox sevdiyini dilə gətirib:
“Bakıya gəlməyəndə darıxıram. Sizin üçün burnumun ucu göynəyir. Hər şey qarşılıqlıdır. O sevgini Azərbaycan xalqından aldığım üçün özümu çox xoşbəxt və rahat hiss edirəm. Yaxşı ki, siz varsınız”.
https://www.instagram.com/p/C8oytJ0Idw0/