EN

Kəlbəcərdə dəhşətli qəza: İki nəfər ölüb, yaralılar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, iyun ayının 25-i saat 20:30-da Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri - 1955-ci il təvəllüdlü Məqsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Elnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
26
turkustan.az

10Sources