Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakinlərinin marşrutla bağlı problemi yaranıb.
Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş 50 nömrəli marşrut avtobusunun sürücüsündən şikayətçidirlər.
Sakinlər qeyd ediblər ki, avtobus 40-45 dəqiqə intervalla hərəkət edir. Bununla yanaşı, sözügedən marşrut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir.
Avtobusda "BakıKart"la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü sərnişinlərdən nağd ödəniş etməyi tələb edir, bunu etmək istəməyənləri isə avtobusdan düşürür.
Bəzi sərnişinlər gediş haqqını sürücünün arxasında əyləşən şəxsə verirlər.
Bizim.Media