EN

Ermənistana qarşı 1,2 milyard dollar təzminat iddiası qaldırılıb – Təfərrüat


“Wolnert Finance Limited” (“Wolnert”) şirkəti Ermənistana qarşı 1,2 milyard dollar təzminat iddiası qaldırıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi “Wolnert” şirkətinin 3 iyun tarixində qaldırdığı arbitraj iddiasını qeydə alıb.
2024-cü ildə baş nazirlik, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Ermənistan Respublikasının beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinə təhvil verilmişdir.
Bildirilir ki, Ermənistan Hökuməti ilə Kipr Hökuməti arasında 1998-ci ildə İnvestisiyaların Təşviqi və Mühafizəsi haqqında Sazişdən irəli gələn öhdəliklər ciddi şəkildə pozulub. “Wolnert”in Ermənistanın ən böyük mədən şirkəti olan Zəngəzur Mis-Molibden Kombinatına (ZCMC) sərmayə qoymasına və qanuni hüquqlarından istifadə etməyə icazə verilməyib. Bu da ən azı 1,2 milyard dollar itkiyə səbəb olub.
Mübahisə barədə bildiriş verildikdən sonra şirkətin bu məsələlərin həlli üçün danışıqlar aparmaq üçün xoş niyyətli səylərinə baxmayaraq Ermənistan hökuməti “Wolnert” ilə ümumiyyətlə əməkdaşlıq etməməyi seçib. Əksinə, hökumət “Wolnert”in Ermənistandakı törəmə şirkətlərinə “Moon Metals” QSC və “Zəngəzur Mining” MMC-yə qarşı təzyiqlər edib.
Məlumat üçün onu da qeyd edək ki, “Wolnert” şirkəti Kiprdə qeydiyyatdan keçsə də onun əsl sahibinin Rusiyanın keçmiş səhiyyə naziri, Ukrayndakı keçmiş səfiri Mixail Zurabov olduğu bildirilir.“Zəngəzur Mining” şirkətinin 100%-lik sahibi Mixail Zurabov olub.
Məlumat üçün bildirək ki, Mixail Zurabov Rusiya siyasi sisteminin məşhur simalarından biridir. 1998-1999-cu illərdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin sosial məsələlər üzrə müşaviri olub. Daha sonra Pensiya Fondunun rəhbəri təyin edilib. Zurabov 2004-cü ildə Rusiyanın səhiyyə və sosial naziri təyin edilib. Nazir vəzifəsindən ayrıldıqdan sonra Prezident Dmitri Medvedevin müşaviri olub. Onun sonuncu iş yeri Rusiyanın Ukraynadakı səfiri vəzifəsi olub və 2016-cı ilə qədər həmin vəzifədə qalıb. Məhz Rusiyanın Ukraynadakı səfiri vəzifəsini yerinə yetirərkən məşhur “Maydan hadisələri” baş verib və Rusiya-Ukrayna münasibətləri pisləşib.
Mixail Zurabovun qardaşı Aleksandr Zurabov “Aeroflot” şirkətinin baş direktoru olub. Hazırda Zurabovun Rusiyada bir-sıra biznes layihələri var.
Zurabovun Ermənistandakı biznesi mədən fəaliyyəti ilə məhdudlaşmayıb. Onun Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanlın qardaşı Karen Vanetsyanla biznes ortaqlığı olub. Ermənistanın ən böyük bitki yağları istehsalçısı və ixracatçısı olan “ExOil Group” şirkətinin 25%-lik payı Mixail Zurabova məxsus olub. Bu ilin mart ayında Zurabov şirkətdəki payını əsas səhmdar olan Karen Vanetsyana satıb.

Elnur Əli
Chosen
168
1
yeniavaz.com

2Sources