EN

“Neftçi” də loqosunu yenilədi - Video

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir klub – “Neftçi” də loqosunu yeniləməyə qərar verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bunlar qeyd olunub: “İlk emblemimizdən ilhamlanaraq yaradılan və dövrün tələblərinə uyğun müasirləşdirilən yeni loqomuzu sizə təqdim etməkdən qürur duyuruq!

Ənənəvi ağ-qara fonda hazırladığımız loqoda ilk emblemimizin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə etdik. Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirdik.

Bu məsuliyyətli, eyni zamanda tarixi prosesdə futbol sahəsindəki məşhur və yaddaqalan imic dəyişikliyi hallarını öyrəndik, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işlərini nəzərdən keçirdik. Eləcə də “Neftçi”nin “xalqın komandası” adlandırıldığını və Azərbaycanın ən köklü klubu olduğunu unutmadıq. Təsadüfi deyil ki, yeni sloqanımız da bu iki amili özündə birləşdirir:

İllərin “Neftçi”si
Gələcək nəsillərin “Neftçi”si!”

Xatırladaq ki, bu gün “Sabah” klubu da loqosunu yenilədiyini açıqlamışdı.

Chosen
271
50
arena.az

10Sources