ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Saxalin-2” layihəsindən Yaponiyaya neft tədarükü üçün qiymət tavanını 2025-ci il iyunun 28-dək ləğv edib. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin dərc etdiyi yenilənmiş baş lisenziyada məlumat yer alıb.
Məlumatda bildirilir ki, “Saxalin-2” layihəsindən xam neftin dəniz yolu ilə daşınması ilə bağlı 21 noyabr 2022-ci il tarixli qərarla qadağan edilmiş bütün əməliyyatlara Yaponiyaya idxal üçün 28 iyun 2025-ci il Şərq vaxtı ilə saat 00:01-dək icazə verilir.
Musavat.com