Avro-2024-ün qrup mərhələsinin son turu çərçivəsində keçirilən Çexiya - Türkiyə oyununun ən yaxşısı müəyyənləşib.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Barış Alper Yılmaz matçın ən yaxşı oyunçusu seçilib.
Meydana start heyətində çıxan “Qalatasaray”lı futbolçu görüşü əvəzolunmadan keçirib.