EN

"Caspian Motor Show-2024" təxirə salındı

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) "Caspian Motor Show-2024" avtomobil sərgisinin təxirə salınması barədə rməlumat yayıb.

AADA-nın mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sərgi 12-14 iyul 2024-cü il tarixlərində deyil, avqust ayında və ya sonrakı tarixlərdə keçirilməsi planlaşdırılır: 

"Sərgi 12-14 iyul 2024-cü il tarixində baş tutmalı idi. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (KOP29) ev sahibliyi etməyə hazırlaşdığını əsas tutaraq, AADA bu motor-şouda xüsusi eko-zona yaratmaq və ən müasir ekoloji nəqliyyat vasitələrini nümayiş etdirməyi planlaşdırır. Ölkəmizdə fəaliyyət göstərən rəsmi avtomobil mərkəzləri, məhz avqust ayında bir sıra yeni modellərin gözlənildiyini bildirərək, tədbirin zamanın dəyişdirilməsi barədə AADA-ya müraciətlər ünvanlamışdırlar. Bu müraciətləri nəzərə alaraq, AADA "Caspian Motor Show-2024" sərgisinin avqust ayına qədər təxirə salınmasına qərar verdi".

 

 

Chosen
117
1
marja.az

2Sources