Fransanın keçmiş prezidenti Fransua Olland Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Milli Assambleyaya namizəd olmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, “Bloomberg” siyasətçinin seçkilərdə mümkün iştirakının səbəbini açıqlayıb.
“Milli Assambleyaya namizəd olmaq qərarım onunla izah olunur ki, Le Penin partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq istəyirəm”, - eks-prezident bildirib.
O əlavə edib ki, seçkilər parlamentin qeyri-müəyyən vəziyyətdə qalmasına səbəb olarsa, Fransanı idarə edə biləcək yeni koalisiya yaratmağa hazırdır.