EN

Qadınlar üçün ən təhlükəli dövr:infarkt riski5 dəfə artır

Qadın sağlamlığı üçün ən kritik dövrü, şübhəsiz ki, menopozdur. Hormonların yenidən balanslaşdırılması və bədənin dəyişən şərtlərə uyğunlaşması üçün aylar lazım gəlir.

Ancaq bir çox qadın bu prosesi ciddiyə almır və baş verə biləcək sağlamlıq problemlərinə əhəmiyyət vermir.

Medicina.az xəbər verir ki, alimlər menopoz prosesinin infarkt riskini 5 dəfə artırdığını bildirirlər.

Qeyd edilir ki, bütün dünyada qadınlarda infarktdan ölənlərin sayı xərçəng səbəbiylə qeydə alınan ölüm nisbətindən xeyli çoxdur.

Araşdırmalar göstərir ki, hər beş qadından üçünün menopozun ürək sağlamlığına təsir edə biləcəyindən xəbəri yoxdur.

Təkcə İngiltərədə hər il 23 mindən çox qadın infarkt və digər ürək xəstəliklərindən ölür. Bu, döş xərçəngi səbəbindən qeydə alınan ölüm nisbətindən düz iki dəfə çoxdur.

Gənc qadınlar, onları çətir kimi qoruyan estrogen hormonunu sintez etdikcə, kişilərə nisbətən infarkt riskini azaltmış olurlar.

Nyukasl Universitetinin kardiologiya professoru Vijay Kunadianın sözlərinə görə, menopozdan sonra qadınların infarkt və ürək xəstəlikləri riski 5 dəfə artır.

Aprel ayında Amerika Kardiologiya Kollecinin konfransında təqdim edilən bir araşdırma qadınların postmenopoz riskinin nə qədər tez arta biləcəyini nümayiş etdirib.

Tədqiqatçılar xolesterin səviyyəsini idarə etmək üçün statinlər (yüksək xolesterol səbəbindən ürək-damar xəstəlikləri riski olan insanlarda xolesterini azaltmaq üçün istifadə edilən dərmanların aktiv tərkib hissəsi) qəbul edən postmenopozal dövrdəki 579 qadını izləyiblər.

Tədqiqatlar göstərib ki, dərman qəbul etmələrinə baxmayaraq, qadınlar eyni yaşda olan kişilərə nisbətən bir il ərzində damarlarında potensial ölümcül lövhələri (ateroskleroza səbəb olan) daha çox toplayırlar. Yağ, xolesterin və kalsiumdan ibarət lövhələr damar divarlarına yapışır, zamanla sərtləşərək damarları daraldır və qan axını məhdudlaşdırır. Onlar da qopub laxtalanma əmələ gətirə bilər ki, bu da infarktlara səbəb olur.

Vəziyyəti daha da pisləşdirən odur ki, yüksək qan təzyiqi və qarın piyi kimi ürək xəstəliyi risk faktorları bu yaşdakı kişilərə nisbətən postmenopozal qadınlara daha çox təsir göstərir.

Bəs menopozla ürək xəstəliyi arasındakı əlaqə nə ilə bağlıdır? Cavab estrogendir.

Professor Kunadian bu hormonun "ürək-damar sağlamlığına qarşı qoruyucu təsir" göstərdiyini söyləyir.

Estrogen nəinki qan damarlarını rahatlaşdırır, həm də qanın daha asan axmasına kömək edir. Yağlı lövhələrə çevrilə bilən iltihablı hüceyrələri də təmizləyən estrogen hormonu menopozla birlikdə azalmağa başladığı üçün bu qoruyucu təsirlər yox olur.

Lids Universitetinin Kris Qeyl deyir:

“İnfarkt keçirən biri haqqında düşünəndə ağlımıza adətən artıq çəkisi olan, şəkərli diabeti olan və siqaret çəkən orta yaşlı kişi gəlir. Amma bu mənzərə həmişə belə olmur: ürək menopozu sevmir”.


Aysel


Chosen
182
19
medicina.az

10Sources