EN

BMT ekspertləri Dağıstanda baş verən terror aktını pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri Dərbənd və Mahaçqalada törədilən terror aktlarını pisləyib, dini ibadətgahlara edilən hücumların dini etiqad azadlığı hüququnu pozduğunu vurğulayıblar.

"Operativ Media" xəbər verir ki, müvafiq bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında yerləşdirilib.

"Rusiyada baş verən növbəti terror aktı ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həmrəyliyimizi bildiririk", - deyə məlumatda qeyd edilib. 

Ekspertlər həmçinin terror aktları ilə bağlı beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq ciddi şəkildə istintaq hərəkətlərinin aparılması və cinayət təqibinin aparılmasının zəruriliyini qeyd ediblər.

Bəyanatı BMT-nin xüsusi məruzəçisi Mariana Katsarova, həmçinin terrorizmlə mübarizədə insan hüquqlarının müdafiəsi üzrə dünya təşkilatının xüsusi məruzəçisi Ben Sol imzalayıb. 

 

 

Chosen
216
operativmedia.az

1Sources