EN

NASA "SpaceX" ilə razılaşıb

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyanı (BKS) Yerə təhlükəsiz endirəcək vasitənin hazırlanması üçün ABŞ-ın kosmik gəmi və raket istehsalçısı “SpaceX” ilə 843 milyon dollarlıq müqavilə imzalayıb.

Azreform.info xəbər verir ki, NASA “X” sosial media platformasında verdiyi açıqlamada BKS-nı orbitdən çıxarmaq üçün “SpaceX” ilə işləməyi seçdiyini açıqlayıb.

NASA ilə “SpaceX” arasında 2030-cu ildə missiyası bitdikdən sonra BKS-nın orbitdən çıxarılmasına imkan verəcək kosmik gəminin dizaynı üçün 843 milyon dollarlıq müqavilə imzalanıb.

NASA, rəsmiləri kosmik stansiyanın dünyanın insan məskunlaşan bölgələri üçün risk yaratmayacaq şəkildə inşa olunacaq yeni raketlə birlikdə okeana atmaq qərarına gəlib.

Qeyd edək ki, Kosmik stansiyanın inşası əvvəlcə 1984-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan tərəfindən təsdiqlənib. Sonra isə layihəni büdcəsi ilə birlikdə ABŞ Konqresi təsdiqləyib. 1984-1993-cü illərdə layihələndirilən stansiyanın müxtəlif elementləri ABŞ, Kanada, Yaponiya və Avropa ölkələri tərəfindən inşa olunmağa başlanıb.

Chosen
226
6
azreform.info

10Sources