EN

Buna valideynlik yox, vəhşilik DEYİRLƏR: Övladlığa götürdüyü uşaqları qıfıllayıb, zorla İŞLƏTDİLƏR - FOTO

ABŞ-nin Qərbi Virciniya ştatında varlı bir cütlük övladlığa götürdükləri qaradərili uşaqlarını qul kimi işlətdiklərinə və tövlədə saxladıqlarına görə həbs ediliblər.


Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Qərbi Virciniya ştatında cütlük üçü qaradərili olmaqla beş uşağı övladlığa götürüblər. Onlar 16, 14, 11, doqquz və altı yaşlı beş uşağı dəhşətli şəraitdə yaşamağa məhkum ediblər.


Cütlüyün evində baş verən hadisələr və qəribəliklər qonşuların diqqətini cəlb edib. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Polis reyd zamanı 16 yaşlı qız və 14 yaşlı oğlanın daxmada qıfıllı, işıqsız, yataqsız, ac, susuz və kilidli saxlandığını müəyyən edib. Cütlük otağa kamera yerləşdirərək uşaqları nəzarətdə saxlayıb.


Uşaqların sağlamlığında problemlər yaranıb. Artıq onların bədənlərində müxtəlif dərəcəli xəsarətlər və yaralar müşahidə olunub. Basqın zamanı evin içərisindən 9 yaşlı övladlığa götürülmüş uşaq da tapılıb. Uşaqlar ifadələrində işləməyə məcbur edildiklərini və qapalı saxlandıqlarını bildirib. Qonşular da ifadə veriblər ki, uşaqlar evə buraxılmayıb və onları əkinçiliklə məşğul olmağa vadar ediblər. Həbs edilən cütlük əvvəlcə 295 min dollar qarşılığında azadlığa buraxılıb.


Daha sonra pulun məbləğ 500 min dollara qədər artırılıb. Məbləğ artırıldıqdan sonra cütlük yenidən həbs edilib. İşə baxan prokuror ər-arvadın uşaqlar vasitəsilə pul qazandığını əsas gətirərək sözügedən məbləğin uşaqların adına keçirilməsini istəyib.

Chosen
121
4
kanal.az

5Sources