EN

Sabirabad rayonunda “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını icra edib

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi" adlı layihəsinin icrasını Sabirabad rayonunda həyata keçirmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

24 iyun 2024-cü il tarixində Sabirabad rayonunda baş tutan tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin hüquqlarının təmini sahəsində dəstəyin verilməsinin önəmini vurğulamış və layihənin icrasının uğurlu olmasına əminliyini ifadə etmişdir.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, layihənin eksperti qismində iştirak edən Araz Nurməmmədov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin müraciətlərini dinləmiş, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərini hazırlanması üçün qeydlər aparmışdır.

Sabirabad rayonunda baş tutan tədbir əsnasında rayon icra hakimiyyəti rəhbərliyinin vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin sosial problemlərinin həllində yaxından iştirak etdiyi, əksər həssas qrupların torpaq, iş və mənzil ilə təmini sahəsində ürəkaçan fəaliyyəti həssas qrupun üzvləri tərəfindən xüsusilə vurğulanmışdır.

Chosen
79
7
sabahinfo.az

10Sources