“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günündə TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov deyib.
İ.Hüseynov bildirib ki, Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub.
Qeyd edib ki, digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202-dir.
“2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”.
Mina Mikayılova