EN

Dayanma və ya durma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilir

Bakı. Trend:

Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər vəkiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digərnəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikincivə sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manatməbləğində cərimə edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinədəyişiklikdə əksini tapıb.

Bundan əlavə, qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallaristisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrininkəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən azyaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğindəcərimə edilir.

Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyatvasitələrinin dayanmasına və ya durmasına görə qırx manatməbləğində cərimə edilir.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisnaolmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarındadayanmasına və ya durmasına görə yüz manat məbləğində cəriməedilir.

5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumiistifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olanyollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına vəya durmasına görə yüz manat məbləğində cərimə edilir.

Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa,nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görəaltmış manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Chosen
571
2
az.trend.az

8Sources